Jump to Content

360 dərəcəli təsvirlərin toplanma vaxtı, yeri və üsulu haqqında öyrənin

Google'un rəngarəng Street View avadanlığı ilə tanış olun və dünya xəritəsini gücləndirmək üçün 360 dərəcəli təsvirlərin toplanma qaydası haqqında məlumat əldə edin.

sv-how-it-works

Fotoqrafiyanın mənbələri

Street View iki mənbədən əldə edilir - Google və töhfəçilərdən.

Kontentimiz
Töhfəçilərdən kontent

Kontentimiz

İordaniyada Petradan Google Street View şəkli

Google'a məxsus kontent "Küçə Görünüşü" və ya "Google Xəritə" hesablarına aiddir. Görüntülərdə üzləri və maşın nömrələrini avtomatik bulanıqlaşdırırıq.

Töhfəçilərdən kontent

Google Street View şəkli ilə Federico Debetto Zənzibarın xəritəsini çəkir

İstifadəçilərin təmin etdiyi kontentdə kliklənə/toxunula bilən hesab adı və bəzi hallarda profil şəkli olur.

Bu ay harada xəritə çəkirik

Təcrübənizi artıran və ətrafınızdakı dünyanı kəşf etməyə kömək edən təsvirləri sizə təqdim etmək üçün maşınla səyahət edir və dünyanı gəzirik. Komandamıza əl sallamaq istəyirsinizsə, sizin tərəflərə gələcəkləri vaxtı aşağıda öyrənin.

Date District

Bəzən bizdən asılı olmayan səbəblərdən (hava, yolların bağlanması və s.) maşınların fəaliyyəti dayana və ya cüzi dəyişikliklər baş verə bilər. Nəzərə alın ki, siyahı konkret şəhəri təsvir etdikdə, hərəkət məsafəsində yerləşən daha kiçik şəhərlər və qəsəbələr bura daxil edilə bilər.

Dünyanın möcüzələrini üzə çıxarmaq üçün hazırlanmış avadanlıq

Yeddi qitənin hər birində ziyarət etdiyimiz füsunkar məkanlardan əlavə hələ xeyli yer bizi gözləyir. Yola çıxmadan öncə düzgün avadanlıq seçmək və ən yaxşı təsvirləri toplamaq üçün ərazi, iqlim şəraiti və əhalinin sıxlığı daxil olmaqla bir çox amilləri nəzərə alırıq.

Street View maşını

Street View maşını

Ən işlək təsvirtoplama avandanlığı olan üstü kameralı Street View maşını banan yeyən at da daxil olmaqla dünya üzrə 16 milyon kilometrdən çox məsafəni çəkməyə kömək edib.
Trekker

Trekker

Bu daşınabilən kamera sistemi bel çantası kimi istifadə edilə, həmçinin yük maşını, qar maşını və ya motosikletin üstünə quraşdırıla bilər. Dar küçələrdə və ya Maçu-Pikçuda İnka qalası kimi yalnız piyada çata biləcəyimiz məkanlarda təsvirləri toplamağımıza imkan verir.

Xəritələrin canlandırılması

Toplanılmış təsvirləri ekranda göstərmək vaxtı gəldi. Komandamızın səhnəarxası işlərinə nəzər salaq.

Şəkillərin toplanması

Məkanları Küçə Görünüşündə göstərmək üçün ilk əvvəlcə həmin yerlərə səfər etməli və şəkillər çəkməliyik. Mümkün olan ən yaxşı şəkilləri nə zaman və harada çəkə biləcəyimizi müəyyən etmək üçün müxtəlif ərazilərin havası və əhali sıxlığı da daxil olmaqla bir çox amilə xüsusi diqqət yetiririk.

Görüntülərin düzləndirilməsi

Şəkilləri xəritədəki coğrafi məkanına uyğunlaşdırmaq üçün GPS, sürət və istiqaməti göstərən avtomobil sensorları siqnallarından istifadə edirik. Bu, bizə avtomobilin dəqiq marşrutunu yenidən qurmaq, hətta lazım gəldikdə şəkilləri əymək və yenidən düzləndirməkdə kömək edir.

Fotoların 360 Dərəcəli fotolara çevrilməsi

360 Dərəcəli fotolarda boşluqların olmaması üçün qonşu kameralar bir qədər üst-üstə düşən şəkillər çəkir. Sonra həmin fotolar vahid 360 dərəcəli şəkil halında birləşdirilir. Daha sonra fotolar arasında görünən sərhədləri silmək üçün xüsusi görüntü emal edən alqoritmlərdən istifadə olunur.

Sizə düzgün şəklin göstərilməsi

Avtomobil lazerlərinin səthlərdən əksolunma sürəti bina və ya obyektin uzaqlığı haqqında bildirir və dünyanın 3D modelini yaratmağa kömək edir. Street View'da uzağa gedəndə bu model getdiyiniz məkanın ən yaxşı panoramasını sizə göstərir.

Play silent looping video Pause silent looping video
Play silent looping video Pause silent looping video
Play silent looping video Pause silent looping video
Play silent looping video Pause silent looping video

Harada idik

Xəritədəki göy ərazilər Street View'nun əlçatan olduğunu yerlərdir. Əlavə detallar üçün miqyası böyüdün, yaxud veb-sayt və tətbiqlərimizlə bu kontentə baxın.