Google Xəritə son istifadəçisinin əlavə xidmət şərtləri

Son dəyişiklik tarixi: 4 iyun, 2025

Google Xəritə və ya Google Xəritə Platforma Xidmətlərini birləşdirən hər hansı üçüncü tərəf məhsul və ya xidmətlərindən istifadə etməklə, sson istifadəçi kimi (1) Google Xidmət Şərtləri və (2) Google Xəritənin Əlavə Xidmət Şərtləri (“Xəritənin Əlavə Şərtlərini”) qəbul etməlisiniz. Xəritənin Əlavə Şərtlərinə istinadla Google Xəritə/Google Earth və Google Xəritə/Google Earth API-ləri üçün Hüquqi Bildirişlər daxildir.

Sənədlərin hər birini diqqətlə oxuyun. Sənədlər birlikdə "Şərtlər" adlanır. Xidmətlərimizdən istifadə etdiyiniz zaman bizdən gözlədiklərinizi, həmçinin bizim sizdən gözlədiklərimizi izah edir.

Biznes Profilinizi idarə etmək üçün Google Xəritədə yalnız satıcı funksiyalarından istifadə edirsinizsə, https://support.google.com/business/answer/9292476 ünvanındakı Google Biznes Profili Şərtləri həmin istifadəyə tətbiq edilir.

Məxfilik Siyasətimizi oxumağa təşviq edirik. Topladığımız məlumatları, toplama səbəbimizi və məlumatınızı güncəlləmək, idarə etmək ixrac etmək və silmək qaydasını izah edir.

  1. Lisenziya.Şərtlərə əməl etdiyiniz müddətdə Google Xidmət Şərtləri aşağıdakılar da daxil olmaqla sizə Google Xəritədən istifadə etmək üçün lisenziya verir:

    1. xəritəyə baxmaq və qeydlər əlavə etmək;

    2. KML faylları və xəritə qatları yaratmaq; və

    3. kontenti onlayn şəkildə, video və ya çap versiyasında olan xüsusi attribusiya ilə açıq şəkildə göstərmək.

  2. Google Xəritə ilə etməyə icazəniz olan xüsusi fəaliyyətlər haqqında ətraflı məlumat üçün Google Xəritə, Google Earth və Street View tətbiqlərindən istifadə üçün icazələr səhifəsinə baxın.

  3. Qadağan olunmuş davranış. Bölmə 2-yə riaəyət etməyiniz Google Xəritədən istifadə etmək üçün lisenziyanızın şərtidir. Google Xəritə-dən istifadə edərkən, aşağıdakıları edə (və ya adınızdan başqalarının etməsinə icazə verə) bilməzsiniz:

    1. Google Xəritənin hər hansı hissəsini yenidən bölüşdürmək və ya satmaq yaxud Google Xəritəyə əsaslanan yeni məhsul və ya xidmət yaratmaq;

    2. kontenti kopyalamaq (Google Xəritə, Google Earth və Street View tətbiqlərindən istifadə ilə bağlı icazələr səhifəsi və ya "düzgün istifadə" daxil olmaqla müvafiq əqli mülkiyyət haqqında qanunla bunları etmək icazəniz yoxdursa);

    3. kütləvi şəkildə endirmək və ya kontentin toplu lentlərini yaratmaq (və ya kiməsə bunları etməyə icazə vermək);

    4. Google Xəritədən istifadə edərək Google Xəritə əvəzedicisi və ya onlara çox bənzər xidmət üzrə istifadə üçün xəritə ilə bağlı hər hansı data dəstini (xəritə və ya naviqasiya data dəstini, biznes elanları data bazası, məktublaşma siyahısı və ya telemarketinq siyahısı daxil olmaqla) yaratmaq və ya genişləndirmək;

    5. Android Avto kimi spesifik Google funksiyaları istisna olmaqla Google Xəritənin istənilən hissəsini real zaman naviqasiyası və ya müstəqil avtomobil idarəsi üçün digərlərinin məhsulu və ya xidməti ilə istifadə etmək;

  4. Faktiki şərtlər; Risk fərziyyəsi. Google Xəritənin xəritə datasından, nəqliyyat, istiqamət və digər kontentindən istifadə edərkən real vəziyyətin xəritə nəticələri və kontentdən fərqli olduğunu görə bilərsiniz. Buna görə də sərbəst qərar verin və Google Xəritə istifadəsi ilə bağlı riski öz üzərinizə götürün. Davranışınz və nəticələrinə görə daima siz məsuliyyət daşıyırsınız.

  5. Google Xəritədə kontentiniz.Google Xəritə vasitəsilə yüklədiyiniz, təqdim etdiyiniz, saxladığınız, göndərdiyiniz və ya qəbul etdiyiniz məzmun "Məzmununuzdan istifadə icazəsi" adlı bölmədəki lisenziya da daxil olmaqla, Google-un Xidmət Şərtlərinə tabedir. Bununla belə, yalnız cihazınız üçün yerli olaraq qalan məzmun (məsələn, yerli olaraq saxlanılan KML faylı) Google-a yüklənmir və ya təqdim edilmir və buna görə də həmin lisenziyaya tabe deyil.

  6. Hökumətin Son İstifadəçiləri. Google Xəritədən dövlət müəssisəsinin nümayəndəsi kimi istifadə edirsinizsə, aşağıdakı şərtlər tətbiq olunur:

    1. Əsas Qanun.

      1. Birləşmiş Ştatlar və Avropa Birliyindəki şəhər və ya əyalət hökumət müəssisələri üçün əsas qanun və məkanla bağlı Google Xidmət Şərtləri bölməsi tətbiq edilməyəcək.

      2. Amerika Birləşmiş Ştatlarının federal hökumət müəssisələri üçün, əsas qanun və məkanla bağlı Google Xidmət Şərtləri bölməsi aşağıdakılarla əvəz edildi:

        “Şərtlər qanunların ziddiyyətinə istinad etmədən Amerika Birləşmiş Ştatlarının qanunlarına uyğun olaraq idarə olunacaq, şərh ediləcək və tətbiq ediləcək. Yalnız federal qanunla icazə verilən halda: (A) Kaliforniya Ştatının qanunları (Kaliforniyanın qanunların ziddiyyəti qaydaları istisna olmaqla) qüvvədə olan federal qanun olmadığı təqdirdə tətbiq ediləcək; və (B) bu Şərtlərdən və ya Google Xəritədən irəli gələn və ya onunla əlaqəli hər hansı mübahisə yalnız Kaliforniyanın Santa Klara Ərazisindəki federal məhkəmələrində baxılacaq və tərəflər məhkəmələrdə şəxsi yurisdiksiya ilə razılaşacaqlar."

    2. ABŞ Hökumətinin Məhdudlaşdırılmış Hüquqları. Birləşmiş Ştatların federal hökuməti tərəfindən və ya onun üçün Google Xəritəyə bütün giriş və ya istifadə Google Xəritə/Google Earth Hüquqi Bildirişləri “ABŞ Hökumətinin Məhdud Hüquqları” bölməsinə tabedir.